Avropa Komissiyası gənc avropalılar üçün 36 min pulsuz qatar bileti viktorinası elan edib. Bu bileti əldə edənlər bütün qitə boyu səyahət edə bilərlər. “DiscoverEU” səyahət proqramı çərçivəsində müraciət üçün son tarix 16 aprel saat 12:00-dır.
Bilet üçün 2006-cı il iyulun 1-i və 2007-ci il iyunun 30-u arasında doğulmuş, Avropa İttifaqına üzv ölkələrdən birində və ya İslandiya, Lixtenşteyn, Şimali Makedoniya, Norveç, Serbiya və Türkiyədə yaşayan gənclər müraciət edə bilərlər. Bunun üçün qısa bir Avropa İttifaqı viktorinasını doldurmaq tələb olunur. Bileti qazananlar 1 iyul 2025-ci il və 30 sentyabr 2026-cı il tarixləri arasında 30 günə qədər Avropada qatarla pulsuz səyahət edəcəklər. Avropa Komissiyası bildirir ki, fiziki əngəlli gənclər də bundan yararlana bilər. Onlara komissiya tərəfindən əlavə dəstək göstəriləcək. Viktorinada iştirak üçün bu saytdan istifadə edə bilərsiniz:

