Time TV bildirir ki, Fransa nüvə silahını Rusiya təhdifinə qarşı digər Avropa ölkələrinin ərazisində yerləşdirə bilər. Bunu Fransa Prezidenti Emmanuel Makron deyib. Eyni zamanda Fransa ABŞ-ın Avropadakı oxşar silahlarının əvəzinə öz nüvə silahlarını müttəfiqlərin ərazisində yerləşdirməyə icazə verəcək:

-Bizimlə dialoqu dərinləşdirmək istəyənlər, lazım gələrsə, çəkindirici qüvvələrin təlimlərində iştirak edə biləcəklər. Bu mübadilələr avropalılar arasında əsl strateji mədəniyyətin inkişafına töhfə verəcək.

Fransa prezidenti hesab edir ki, avropalılar artıq Donald Trampın hərəkətlərinə görə əvvəllər olduğu kimi NATO-ya arxalana bilməzlər:

-Kütləvi yerli və Avropa investisiyaları vasitəsilə özümüzü Amerikanın təsirindən azad etmək üçün bizə 10 il lazım olacaq.


TIME TV sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

← Geri

Yanıtınız için teşekkür ederiz. ✨