“BakuBus” MMC Hava Limanı Ekspress (H1) xəttində pulsuz Wi-Fi xidmətini istifadəyə verib.

“Report” bu barədə şirkətə istinadən xəbər verir.

Xatırladaq ki, sözügedən marşrut xəttinə xüsusi dizayn edilmiş, müasir sərnişindaşıma tələblərinə cavab verən “Neoplan” markalı avtobuslar buraxılıb. Marşrut xətti Heydər Əliyev Beynəlxalq Aeroportu ilə paytaxtın mərkəzini əlaqələndirir və Hava Limanı – “Koroğlu” HUB – “28 may” metrostansiyası marşrutu üzrə hərəkət edir.

25 dəqiqəlik intervala malik H1 xətti üzrə səyahət müddəti 60 dəqiqə təşkil edir.

Marşrut xəttində gediş haqqı 1,3 manat təşkil edir. Ödəniş Hava limanında quraşdırılmış xüsusi aparatlar vasitəsilə əldə oluna bilən “BakıKart” kartları, eyni zamanda “m10” və “Birbank” mobil tətbiqləri vasitəsilə həyata keçirilir.


TIME TV sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

Bir yanıt yazın

← Geri

Yanıtınız için teşekkür ederiz. ✨

TIME TV sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin