ABŞ-nin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizəd Elise Stefanik Donald Trampın ölkəni Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxarmaq qərarını dəstəklədiyini bildirib.

“Report” xəbər verir ki, o, bunu Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə deyib.

“Prezident Trampın qərarını dəstəkləyirəm… ÜST qlobal səhnədə COVID pandemiyasına qarşı mübarizədə uğursuzluğa düçar oldu”, – o bildirib.

O, eyni zamanda, ABŞ-nin səhiyyə sahəsində dünya lideri kimi statusunu qoruyub saxlayacağına əminliyini ifadə edib.

Xatırladaq ki, 2025-ci il yanvarın 20-də Tramp ABŞ Prezidenti kimi səlahiyyətlərinin icrasına başladıqdan sonra ölkənin ÜST-dən çıxması haqqında fərman imzalayıb.

 


TIME TV sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

Bir yanıt yazın

← Geri

Yanıtınız için teşekkür ederiz. ✨

TIME TV sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin