Yüksək rütbəli məmurların maaşları dəfələrlə artırıldı
Time TV bildirir ki, dünən Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycanda yüksək vəzifəli şəxslərin bu günə qədər aldıqları qeyri-rəsmi “zərf mükafatları” əmək haqqlarına əlavə edilib. Və nəticədə məlum olub ki, artıq rəsmi formada yüksək vəzifəli şəxslərin əmək haqqları belə olacaq:
1. Baş nazir – 17160 manat (10 100 $)
2. Baş nazirin birinci müavini – 15950 manat (9 400 $)
3. Baş nazirin müavinləri – 14850 manat (8 750 $)
4. Nazirlər – 13750 manat (8 100 $)
5. Nazirlərin birinci müavinləri – 12650 manat (7 450 $)
6. Nazirlərin müavinləri – 12100 manat (7 126 $)
7. Bakı ŞİH başçısı – 13200 manat (7 775 $)
8. Bakı ŞİH başçısının müavini – 11550 manat (6 800 $)
9. Gəncə və Sumqayıt ŞİH ibaşçıları – 9900 manat (5 830 $)
10. Digər rayonların İH başçıları – 8800 manat (5 182 $)
Qeyd edək ki, bu şəxslərə maaşlarından əlavə bonuslar, məzuniyyət və ezamiyyət pulları da verilir.
Milli Məclisinin sədri Sahibə Qafarovanın aylıq vəzifə maaşı 3 550 manatdan 17 000 manata (10 000 $) yüksəldilib. Digər MM üzvlərinin əmək haqqları belədir:
1. Milli Məclis sədrinin birinci müavini 16 000 manat ( 9 450 $)
2. Milli Məclis sədrinin müavini 15 000 manat (8 840 $)
3. Milli Məclisin komitə və komissiya sədri 13 000 manat ( 7 660 $)
4. Milli Məclisin komissiya və komitə sədrinin müavini 11 500 manat (6 480 $)
5. Milli Məclisin deputatı 9 000 manat (5 300 $)
Məlimat üçün bildirək ki, Azərbaycanda minimum əmək haqqı 400, orta əmək haqqı 1000 manat təşkil edir. MM deputatı isə orta əmək haqqından 9 dəfə artıq maaş, əlavə bonuslar və ezamiyyət pulu, 13-cü əmək haqqı alır. Təqaüdə çıxan zaman isə maaşının 80 faizi qədər təqaüd verilir. Bu gün Azərbaycanda on minlərlə təqaüdçü aylıq 300-400 AZN alır. 2-ci Qarabağ müharibəsi iştirakçılarına isə ayda 80 manat ödənilir. Azərbaycanın ərazi bütövlüyü uğrunda və ya hərbi xidmət zamanı şəhud olmuş şəxsə 11 min manat – yəni, Sahibə Qafarovanın 1 aylıq maaşının 60 faizi qədər ödəniş olunur.
Müqayisə üçün bildirək ki, qonşu Ermənistanda deputatların aylıq maaşı təxminən 600,000 dram – 1500–1600 dollardır. Baş nazir və hökumət üzvlərinin aylıq əmək haqqı isə 1,5 milyon dram – təxminən 3000 dollar edir. Nikol Paşinyan da Baş nazir kimi 3000 dollar əmək haqqı alır.
Gürcüstanda Baş nazirin maaşı 16,000 lari – 5700 dollardır. Deputatlar ayda 11 680 lari, yəni 4200 dollar, parlamentin spikeri isə 5200 dollar alır.

