İki klan arasında milyonlarla manatlıq biznes əlaqələri var

Dünən “AzFinance İnvestisiya Şirkəti”nin direktoru İntiqam Səfərəliyevin Tale Heydərovun şikayəti əsasında həbs olunmasıyla bağlı Time TV-yə maraqlı informasiya daxil olub. Özünü İntiqam Səfərəliyevin yaxını kimi təqdim edən şəxs bildirir ki, əslində məsələnin mahiyyəti  Tale Heydərovun mətbuata ötürdüyü kimi deyil.  Proses birbaşa Tale Heydərovun atası, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə bağlıdır.

Məlumata görə, Dövlət Təhlükəsizlik Xidmətində aparılan istintaq prosesi zamanı məlum olub ki, İntiqam Səfərəliyev Ramiz Mehdiyevin biznesdəki adamları, o cümlədən PA-nın keçmiş şöbə müdiri Əli Həsənovla ilə Heydərovlar arasında körpü rolunu oynayıb. Heydərovlar müxtəlif vaxtlarda Səfərəliyevin vasitəsilə Mehdiyevin biznesinə maliyyə yatırımları ediblər. Birlikdə də həmin yatırımlardan divident alınıb. Amma Mehdiyevin dövlət çevrilişində günahlandırılması vəziyyəti dəyişib. Heydərovlar Səfərəliyevin vasitəsilə pullarının bir qismini geri ala biliblər. Lakin Səfərəliyev 1 milyondan çox pulu geri qaytarmaqdan imtina edib. Bildirib ki, həmin pul Mehdiyevin biznesini idarə edənlərin nəzarətindədir. Mübahisənin böyüməməsi və Səfərəliyevin susdurulması üçün Heydərovların onu həbs etdirdiyi qeyd olunur.

Bununla belə, Heydərovların da artıq istintaqa cəlb edildiyi və barələrində araşdırmalar aparıldığı bildirilir. Kəmaləddin Heydərov biznes imperiyasının böyük hissəsini Paşayevlər klanına versə də, yaxın aylarda onun özündə saxladığı digər aktivlərinin əlindən alınıb, hətta Mehdiyev kimi villa həbsinə məhkum ediləcəyi də istisna olunmur.


TIME TV sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

← Geri

Yanıtınız için teşekkür ederiz. ✨