Avropa Komissiyası yeni sanksiyalar paketi qəbul etməyə hazırlaşır

Time TV bildirir ki, fevralın 20-də Avropa Komissiyası Rusiyaya qarşı sanksiyalar paketi qəbul edəcək. Yeni sanksiyalara görə, AB G7 ölkələrilə birlikdə Rusiya neft daşımaları üçün dəniz xidmətlərinin tamamilə qadağan edilməsini reallaşdırmağa çalışacaq.

Rusiyanın “Kölgə donanması”ndan qırx üç yeni gəmi sanksiya siyahısına əlavə ediləcək və bununla da ümumi say 640 gəmiyə çatacaq.

Eyni zamanda Avropa Komissiyası bunları planlaşdırır:

📌Rusiyanın 20 regional bankına qarşı sanksiyalar tətbiq olunacaq.

📌LNG (Sıxlaşdırılmış qaz daşıyan) tankerlərinin və buzqıran gəmilərin texniki xidmətinə genişmiqyaslı qadağa qoyulacaq.

Rusiyaya idxal və ixracı qadağan olunmuş malların siyahısının genişləndiriləcək.

Rusiyaya təkrar ixrac riski yüksək olan ölkələrə kompüter və radio avadanlıqlarının ixracı qadağan ediləcək.

Həmçinin başqa sanksiya tədbirləri seçiləcək. Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen AB liderlərini paketin müharibənin başlamasının ildönümünə –24 fevral tarixinə qədər qəbul edilməsinə çağırıb.


TIME TV sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

← Geri

Yanıtınız için teşekkür ederiz. ✨