Şagirdi sıxışdırdılar, o da qisasını aldı
Bu gün Bakıdakı “İdrak” Liseyində silahlı insident baş verib. 10-cu sinif şagirdi 29 yaşlı müəlliməyə odlu silahla atəş açıb. Lisey rəhbərliyi müəllimənin vəziyyətinin yaxşı olduğunu bildirsə də, soisal şəbəkədə bunu təkzib edən məlumatlar yayılır. Eyni zamanda rəsmi dairələr hadisənin təsadüf nəticəsində baş verdiyini iddia etsələr də, şahidlərin sözlərindən anlaşılıb ki, əslində şagirdlə münasibətlərdə ciddi problem var imiş.
Liseydə təhsilinin ödənişli olduğu, şagirdlərdən müxtəlif adlarla pul toplandığı da verilən informasiyalar arasındadır. Həmçinin bu müəsssinin sahibi hazırda həbsdə olan Ruslan Eyyubovdur. Ruslan Eyyubov Prezidentin Şəxsi Mühafizə Xidmətinin keçmiş rəisi Bəylər Eyyubovun qardaşı oğludur. Külli miqdarda siqaret qaçaqmalçılığna görə həbs edilib.

