“İlham Əliyevə təzyiq göstərin!”
Azərbaycanda Repressiyalara Son Kampaniyasının (Campaign to end repression in Azerbaijan) təşkilatçıları Avropa Komissiyasına müraciət ediblər. Müraciətdə qeyd olunur:
Prezident İlham Əliyev 20 yanvar 2026-cı ildə Davosda Euronews English-ə verdiyi açıqlamada Azərbaycanın Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası ilə bütün əməkdaşlığını dayandırdığını və “biz Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bu, bizim üçün kifayətdir” dediyini bildirib.
Bu seçim siyasidir: enerji və ticarət üçün vacib olan kanalı saxlayarkən demokratik nəzarəti bağlayır
Avropa Komissiyası açıq qalan yeganə qapı olmağı qəbul etməməlidir. O, siyasi məhbusların azad edilməsi və müstəqil media və vətəndaş cəmiyyətinin təqibinə son qoyulması da daxil olmaqla, aydın addımlar atmaq üçün öz təsirindən və vasitələrindən istifadə etməlidir.
Avropa Parlamentinin 18 dekabr 2025-ci il tarixli qətnaməsi vəziyyətin ciddiliyini vurğulayır və bildiririk ki, Avropa Komissiyası buna uyğun hərəkət etməlidir

