Onlar ABŞ-a aparılıblar
ABŞ Prezidenti Tramp bildirib ki, Maduro və həyat yoldaşı Amerika həbrçiləri tərəfindən tutulub Venesueladan çıxarılıb:
–Amerika Birləşmiş Ştatları Venesuelaya və onun lideri Prezident Nikolas Maduroya qarşı genişmiqyaslı hücumu uğurla həyata keçirib və o, həyat yoldaşı ilə birlikdə tutulub ölkədən çıxarılıb.
Bu əməliyyat ABŞ hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilib. Təfərrüatlar sonradan açıqlanacaq. Bu gün saat 11:00-da Mar-a-Laqoda mətbuat konfransı keçiriləcək”, – deyə ABŞ prezidenti sosial media hesabında yazıb.

