Bolqarıstan büdcəsi Azərbaycan büdcəsindən 3 dəfə çoxdur

Azərbaycanın 2026-cı il dövlət büdcəsi üçün gəlirlər 38,6 milyard manat, xərclər isə 41,7 milyard manat proqnozlaşdırılır. Bu da o deməkdir ki, gələn il Azərbaycanda ən azı 3 milyard 100 milyon manat büdcə çatışmazlığı mövcuddur. Buna səbəb isə büdcəyə Neft Fondundan transferin azalması, neftin proqnozlaşdırılan dəyərinin aşağı düşməsidir.  Büdcənin (təxminən 38.6 milyard manat) əsas gəlir mənbəsi yenə də Neft Fondundan olan transferdir. Fonddan büdcəyə təxminən 12,8 milyard manat köçürüləcək. Bu da o deməkdir ki, Neft Fondu olmasa, Azərbaycanın dövlət büdcəsi 25-26 milyard manat təşkil edəcək. Bu məbləği avroya çevirsək təxminən 13 milyard avro edir. Bu da Azərbaycanın aid edildiyi Avropa məkanında ən aşağı göstəricidir.

Məsələn, neft və qaz kimi təbii sərvətləri olmayan, Avropa Birliyinin ən kasıb dövləti Bolqarıstanın 2026-cı il üçün dövlət büdcəsi 53 milyard avrodan çoxdur. 6 milyon əhali üçün 53 milyard avro kifayət qdər ciddi rəqəmdir. Azərbaycanın isə 10 milyondan çox əhalisi var. 2026-cı il üçün dövlət büdcəsi isə Neft Fondundan transferlə birlikdə 19 milyard avro təşkil edir. Neft Fondundan transfer edilən 6 milyard avronu çıxsaq, Azərbaycanın illik büdcə gəlirinin 13 milyard avro olduğu aydınlaşar. Bu məbləğin də 20 faizə yaxınının Qarabağ və işğaldan azad edilmiş ərazilərdə sərf ediləcəyini nəzərə alsaq, ölkə əhalisinin yaşayışının hansı səviyyədə olduğunu təsəvvür etmək elə də çətin olmaz.


TIME TV sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

← Geri

Mesajınız gönderildi

Uyarı
Uyarı
Uyarı
Uyarı!