1 milyard avro investitsiyaya baxmayaraq, kiçik Balkan ölkəsi Azərbaycana qarşı münasibətini sərtləşdirir

Monteneqro (Qaradağ) Respublikası Azərbaycan vətəndaşlarına viza tətbiq etməyə qərar verib.

Belə ki, 2026-cı il yanvarın 15-dən sonra Azərbaycan vətəndaşları Monteneqroya ancaq viza ilə səfər edə biləcəklər. Bu ölkədə işləmək və ya biznes qurmaq üçün isə ən azı 1 illik yaşamaq icazələri almaq lazım olacaq. Time TV bildirir ki, bu barədə Monteneqronun “Xaricilər haqqında Qanun”una edilən dəyişikliklərdə qeyd olunur. Monteneqro Hökumətinin dekabrda keçirilən son iclasında viza rejimi haqqında yeni qərarlar verilib. Qərara əsasən Bəhreyn Krallığının, Qətərin, Səudiyyə Ərəbistanı və Türkiyə Respublikasının vətəndaşları etibarlı pasportla Monteneqroya vizasız daxil ola, tranzit keçə və 30 günədək qala bilərlər. Azərbaycan vətəndaşları isə 15 yanvardan sonra Monteneqroya daxil olmaq, ərazisindən keçmək üçün viza almalıdırlar.

Xatırladaq ki, Azərbaycan rəsmi olaraq Monteneqroya 1 milyard avrodan çox yatırım edib. Azərbaycanlı məmurlar və iş adamları 13 min kvadrat kilometr ərazisi olan bu kiçik Balkan ölkəsində yüz milyonlarla dollar dəyəri olan daşının və daşınmaz əmlaka sahibdirlər. Buna baxmayaraq, Monteneqro Azərbaycana viza tətbiq etməkdən çəkinmədi.

TurcicWorld-ün məlumatına görə, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Monteneqro xarici işlər naziri Ervin İbrahimoviç ilə keçirdiyi brifinqdə də yüz milyonlarla avroluq investitsiya edildiyini təsdiqləyib. Nazirin sözlərinə görə, Azərbaycan və Monteneqro arasındakı münasibətlər iki dost ölkə və xalq arasında qurulan səmimi və qarşılıqlı etimada əsaslanır.

Bayramov deyib: “Bu münasibətlər onilliklər ərzində müxtəlif sahələrdə əməkdaşlığın uğurlu inkişafı ilə xarakterizə olunur.” O qeyd edib ki, iki ölkənin xarici işlər nazirlikləri arasında müntəzəm olaraq siyasi məsləhətləşmələr keçirilir. Hazırda Monteneqro və Azərbaycan müxtəlif sahələri əhatə edən 22 saziş imzalayıblar.


TIME TV sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

← Geri

Mesajınız gönderildi

Uyarı
Uyarı
Uyarı
Uyarı!