Mayamidə ABŞ və Ukrayna prezidentlərinin görüşü başlayıb. Vladimir Zelenskini amerikalılar əllərində Ukrayna bayraqları ilə qarşılayıblar. Zelenski hava limanından birbaşa Trampla görüşə yollanıb. Donald Tramp görüşdən öncə Rusiya prezidenti Vladimir Putinlə danışdığını bildirib. O, deyib ki, danışıq çox məhsuldar keçib.
Bu açıqlamadan az sonra Putinin köməkçisi Yuri Uşakov açıqlama verərək “Ukrayna bütün Donbası dərhal tərk etməlidir” söyləyib.
Sky News isə bildirir ki, Putin çətinliklə də olsa, Ukrayna ilə bağlı mövqeyində dəyişiklik edib. Bu üzdən sülh razılaşmasının əldə ediləcəyinə inam var.

