NATO Rusiyanın Ukraynaya hücumlarından sonra qabaqlayıcı tədbirlər görür
NATO üzvü Polşa şənbə günü Rusiyanın Ukraynaya dağıdıcı hücum dalğasına cavab olaraq qırıcı təyyarələri aktiv döyüş vəziyyətinə gətirib. Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı “Ukrayna ərazisinə hücumlar həyata keçirən Rusiya Federasiyasının uzaqmənzilli aviasiyasının fəaliyyəti”nə görə “qırıcı təyyarələrin əməliyyatlara başladığını” təsdiqləyib. Polşa hava məkanının təhlükəsizliyinin təmininə dəstəyə görə ABŞ, İspaniya və Nederland hərbi hava qüvvələrinə” təşəkkür edib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə davam edir, mülki infrastruktura hücumlar həyata keçirilir. Nəticədə qonşu NATO ölkələri alyansın ərazisinin müdafiəsi üçün hərbi cavab verməyə məcbur edilir.

