Bütün siyasi məhbuslar azad edilsin!

Avropa Parlamenti Azərbaycanda insan hüquqlarının, siyasi və mətbuat azadlıqlarının vəziyyəti ilə bağlı qətnamə qəbul edib. Qətnamədə Azərbaycanda siyasi məhbusların sayının 400-ə çatdığı bildirilir və hakimiyyətdən təqibləri dayandırmaq tələb olunur. Qətnamdə qeyd olunur ki, Azərbaycanda əsassız saxlanılanlar arasında ictimai fəallar, müxalifət liderləri, jurnalistlər, eləcə də son dövrlərdə akademiklər və ölkədən kənarda yaşayan tənqidçilər də var. Bəhruz Səmədov, İqbal Əbilovun işlərində heç bir sübur təqdim edilmədən qərar qəbul olunduğu vurğulanır. Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimov və bütün siyasi məhbusların dərhal və qeyd-şərtsiz azadlığa buraxılması tələb edilir.


TIME TV sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

← Geri

Mesajınız gönderildi

Uyarı
Uyarı
Uyarı
Uyarı!