Almaniya Polşaya ordu göndərir

“Putin dayanmaq fikrində deyil. Onun əsas hədəfi həm də Avropa Birliyinə zərbə vurmaqdır”.

Time TV Azerbaijan bildirir ki, bunu Almaniya kansleri Fridrix Merz CDU partiyasının qurultayında deyib. O, davam edərək söyləyib:

– Bir gün bizdən pensiyalarla bağlı mövqeyimiz barədə deyil, azadlığı və sülhü qorumaq üçün əlimizdən gələni edib-etmədiyimiz barədə soruşulacaq. Hazırda dünya siyasətində tektonik dəyişikliklər gedir. Və biz, almanlar, avropalılar, bu prosesin mərkəzindəyik.

Qeyd edək ki, artıq Almaniya AB-nin şərq sərhədini gücləndirməyə kömək etmək üçün Polşaya qoşun göndərəcəyini elan edib. 2024-cü ildə isə Almaniya Polşa, xüsusən də Rusiyanın Kalininqrad və Belarusla sərhəd boyunca müdafiə qurmaq planı təqdim etmişdi. İki gün öncə isə Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, alman qoşunları gələn ilin aprel ayından başlayaraq Kalininqrad və Belarus sərhədinə yerləşəcəklər.


TIME TV sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

← Geri

Yanıtınız için teşekkür ederiz. ✨