2030-cu ilə qədər ölkədə 28 milyon adam qala bilər
Rusiyanın tam miqyaslı işğal məqsədilə hücuma başlamasından sonra Ukraynanın əhalisi 6,5–7 milyon nəfərə qədər azalıb. BMT-nin son məlumatına görə, son 4 ildə 6,7 milyon ukraynalı ölkəni tərk edərək xaricdə yaşayır və onların böyük hissəsi geri qayıtmaq niyyətində deyil.
Müharibədə həlak olanların sayı on minlərlə, doğum nisbəti isə rekord aşağı səviyyədədir.
2022-ci ilin əvvəlində 41–42 milyon olan əhali hazırda Kievin nəzarətindəki ərazilərdə 31–35 milyon arası qiymətləndirilir. Ukrayna Demografiya İnstitutu xəbərdarlıq edir ki, müharibə davam edərsə, 2030-cu ilə qədər əhali 28 milyondan aşağı düşə bilər. Ekspertlər bunu Ukrayna tarixinin ən ağır demografik böhranı adlandırırlar

