Putin işğal altında olan Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində Ukrayna pasportu ilə yaşamağa davam edən milyonlarla Ukrayna vətəndaşına 6 ay vaxt verdiyini açıqlayıb. “The Kyiv Independent”in yazdığına görə, Rusiya vətəndaşlığı qəbul etməkdən imtina edən ukraynalılar həmin ərazini və Rusiyanı tərk etməlidirlər. Tərk etməsələr, onları məcburi olaraq sürgün edəcəklər. “Ukrainska Pravda”nın bildirir ki, Putin ukraynalılara yaşayış icazəsi almaq üçün son tarix kimi sentyabrın 10-u təyin edən fərman imzalayıb.
Qeyd edək ki, Rusiya 2014-cü ildə Krımı, 2022-ci ildə işğalından sonra isə Donetsk, Luqansk, Xerson və Zaporojya rayonlarını ilhaq edib. Həmin dörd sahə qismən Rusiyanın əlindədir.
Bu ayın əvvəlində Putin hərbçilərin işğal olunmuş ərazilərdə 3,5 milyon insana pasport payladığını açıqlamışdı. Ukraynaya görə, ruslar Ukrayna kimliyini yox etməyə çalışır və vətəndaşlara Rusiya vətəndaşlığını qəbul etmələri üçün təzyiq göstərirlər. Məsələn, Rusiya pasportu olmadan təhsilə və səhiyyəyə daxil olmaq çətinləşir. Faktiki olaraq vətəndaşın heç bir hüququ tanınmır.
EDMON DANTES

