Time TV bildirir ki, bu gün səhər saatlarında İstanbul Böyük şəhər Bələdiyyəsinin başqanı Ekrem İmamoğlu və mətbuat müşaviri Murat Ongun saxlanılıb. Belə ki, səhər saatlarında İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı böyük korrupsiya əməliyyatı başlayıb. Əməliyyat çərçivəsində Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu və mətbuat müşaviri Murat Ongun iş saatı başlamadan həbs edilib. Eyni zamanda aralarında jurnalist və iş adamlarının da olduğu 100-ə yaxın şəxs haqqında həbs qərarı verilən əməliyyatın “Kent müqaviləsi” adlı tenderlə əlaqələndirildiyi bildirilir. İmamoğlunun Sarıyerdəki iqamətgahı ətrafında çoxlu sayda polis toplanıb. Evdə ev sakinlərinin oyanmasına imkan vermədən axtarışlara başlanılıb.

