Almaniya tarixi xərcləmə razılaşması qərarı qəbul edib. Ölkənin inkişafı və müdafiəsi üçün 500 milyard avroluq paketin ayrılmasına razılaşdırılıb. Təklifin təsdiqlənməsi üçün seçkilərin qalibi Fridrix Merzin Xristian Demokrat Alyansı CDU/CSU, vəzifədən gedən kansler Olaf Şolzun Sosial Demokrat SPD-si və Yaşıllar arasında ittifaq lazım idi. Çünki parlamentdə sadə səs çoxluğu yetərli deyildi. Bu gün isə konsensus əldə edildi. Bundestaq yollar, körpülər və dəmir yolları kimi köhnəlmiş infrastruktura, müdafiəyə, eyni zamanda iqlimə sərmayələr üçün 500 milyard avroluq xüsusi fondun yaradılmasına qərar verib. Qərardan sonra növbəti hökumətə rəhbərlik edəcək Merz “yeni Avropa müdafiə cəmiyyətinə doğru” ilk böyük addımdan danışıb. Ardınca keçmiş kansler Olaf Solzun ayrılmasına mane olduğu 3 milyard avroluq yardım paketinin verilməsi razılaşdırılıb.
EDMON DANTES

