ABŞ rəsmiləri ölkədə yaranmış yumurta qıtlığını ortadan qaldırmaq üçün Danimarkadan yumurta ixracını artırmasını xahiş ediblər
ABŞ prezidenti Donald Tramp Qrelandiyanın ardınca Danimarkadan yumurta istəməyə başlayıb. Danimarka mətbuatı yazır ki, Birləşmiş Ştatlar Danimarka səlahiyyətlilərindən ABŞ-da yaranmış qıtlığına görə, yumurta ixracını artırmağı xahiş edib.
Çünki martın əvvəlində ABŞ-da yumurtanın orta topdansatış qiyməti rekord həddə çatıb. İndi topdansatışda 10-12 yumurtalıq qablaşdırmanın birinin qiyməti 6 dollar, parakəndə satışda isə 12-14 dollardır.
Trading Economics-in məlumatına görə, quş qripi və COVİD19-la yaranan problemlər üzündən artan yumura qiymətləri enmir. 2022-ci ildən başlayaraq yumurta qıtlığı hər il daha kəskin hiss olunur. Nəticədə ABŞ səlahiyyətliləri vəziyyətdən çıxmaq üçün toyuqçuluq və yumurta sektorunun ən böyük Danimarka şirkəti olan Danish Eggs-ə müraciət ediblər.
DanishEgg-in meneceri Jorgen Larsen Agriwatch-a müsahibəsində deyib:
- Onlar bizimlə nə qədər tədarük edə biləcəyimizi soruşmaq üçün görüşdülər. Eyni zamanda Hollandiya, İsveç və Finlandiyadakı həmkarlarıma da yazıblar.
Digər Danimarka biznes liderləri Larsenin dediklərini təsdiqləyiblər, Dava Foods-un baş direktoru İvan Noes Jørgensen “ABŞ-da kəskin yumurta qıtlığından xəbərdar olduğunu” söyləyib. Şirkətin Danish Eggs-dən belə bir müraciət aldığını təsdiqləyib.
EDMON DANTES

