Polşa Rusiya ilə müharibəyə hazırlaşır. Time TV bildirir ki, bu saatlarda Qərb mediasnın əsas müzakirə mövzusu budur. Çünki Polşada səfərbərlik elan olunub. Hazırda 110 min aktiv heyəti olan Polşa ordusunun ehtiyatda olanlarla birlikdə 550 min hərbçisi var. Donald Tusk bəyan edib ki, (mənbə: https://wiadomosci.onet.pl/kraj/donald-tusk-zapowiada-wielkie-szkolenia-wojskowe-podal-date/265gwf6) ölkədəki hər bir yetkin insan hücuma hazır olmalı və təlim keçməlidir. Artıq Müdafiə Nazirliyi təlimlərlə bağlı hazırlığa başlayıb.

Donald Tusk – Polşanın Baş naziri (Foto: arxiv)

Polşa ordusunun Baş Qərargah rəisi general Vislav Kukula da Rzeczpospolita-ya bildirib ki, Polşa ordusunun sayı ehtiyatlar da daxil olmaqla 550 min nəfərə çatıb:

Bu saya Polşa Silahlı Qüvvələrinin bütün üzvləri – 206 mindən çox peşəkar əsgər və ərazi müdafiə qüvvələrinin üzvləri, habelə böhran zamanı xidmətə çağırıla bilən ehtiyatda olan hərbçilər daxildir.

General xatırladıb ki, ehtiyatda olanların sayı 300 mini ötüb.

Rzeczpospolita-nın ehtiyatda olan hərbçilərin hansı birləşmələrə göndərilə biləcəyi ilə bağlı sorğusuna cavab olaraq, Milli Müdafiə Nazirliyi bildirib ki, “ehtiyat struktur elementlərinin formalaşması ilə bağlı məlumatlar məxfidir və açıqlana bilməz”.

Qeyd edək ki, dünən də Nederland Krallığında 72 saatlıq fövqəladə vəziyyətə hazır olmaqla bağlı dövlət qurumları vətəndaşlara çağırış edib.

EDMON DANTES


TIME TV sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

← Geri

Yanıtınız için teşekkür ederiz. ✨