Dünən Vaşinqtonda gərgin keçən Volodimir Zelenski və Donald Tramp görüşdən sonra ABŞ-ın Ukraynanı dəstəkləməyə davam etməyəcəyi barədə düşüncələr artıq real görünür. Avropa liderləri isə Zelenskinin Trampla görüşünü parçalara bölüb izləyərək nəticələr çıxartmağa çalışırlar. Və artıq onların gəldiyi qənaət budur ki, Tramp Ukraynanı Putinə “satmaq” qərarına gəlib. Bu barədə Bloomberg-ə adının açıqlanmasını istəməyən bir Avropa rəsmisi bildirib.

Eyni zamanda Avropa rəsmiləri Volodimir Zelenski ilə Donald Tramp arasında Oval Ofisdə çoxdan gözlənilən görüşü fəlakət kimi dəyərləndirirlər.

Trampın müttəfiqləri isə bildiriblər ki, Zelenski hakimiyyətdə qaldığı müddətdə müharibəni bitirmək üçün razılaşma şansı azdır.

Ukrayna Rusiyanın tammiqyaslı işğalına qarşı üç illik mübarizəsində onun ən mühüm müttəfiqi və silah tədarükçüsü olan ölkə ilə açıq qarşıdurma vəziyyətindədir.

Çünki Tramp müharibəni Putinin şərtləri əsasında bitirməyə tələsir. Bu üzdən indi Avropa liderləri ABŞ olmaqdan Ukraynanı dəstəkləməyə və Rusiya işğalına qarşı mübarizə aparmaq məcburiyyətindədirlər.


TIME TV sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

← Geri

Yanıtınız için teşekkür ederiz. ✨