Time TV bildirir ki, sabiq deputat Hüseyn Abdullayev ömrünün daha 9 ilini həbsxanada keçirəcək. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə ona hökm oxunub. Hökmə əsasən, o, 3 il müddətə müəyyən vəzifə tutmuq hüququndan məhrum edilməklə, 9 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Almaniyada sığınacaq almış Hüseyn Abdullayev 2018-ci ilin mayında Türkiyədə səfərdə olarkən həbs edilərək Azərbaycana aparılıb. Vaxtilə Əliyevlərin hakimiyyətə gəlməsinə dəstək vermiş Abdullayev öncə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Cəza müddəti başa çatsa da, onu azadlığa buraxmadan təkrar mühakimə etdilər. Abdullayev həbsxanadan Almaniya hökumətinə müraciət edərək “diktator məni həbsxanada öldürmək istəyir” mesajı göndərmişdi.

