Türkiyədə ömürlük həbsdə olan PKK (Kürd İşçi Partiyası) rəhbəri Abdulla Öcalanın Türkiyəyə qarşı silahlı mübarizə aparan kürdlərə müraciəti yayılıb. O, 2014-cü ildən başlayaraq Türk hökumətinin kürdlərin hüquqları ilə bağlı atdığı addımları, regionda baş verən hadisələri əsas gətirərək kürdlərə “silahı buraxın. PKK ləğv edilməlidir” çağırışı edib.
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisində Öcalanın belə bir müraciəti qarşılığında onun azad ediləcəyini Milli Hərəkat Partiyasının lideri Dövlet Bahçeli ilk olaraq dilə gətirmişdi.
Kürd İşçi Partiyası 1978-ci ildə Türkiyədə qurulub. Kürdçülük ideologiyasını əsaa götürən təşkilat 1984-cü ildən silahlı mübarizəyə başlayıb. Onların törəfdikləri terror nəticəsində 40 mindən çox insan həyatını itirib. On minlərlə insana zərər dəyib. Türkiyə dövləti külli miqdarda maddi zərərə uğrayıb. Təşkilatın illik maliyyə dövriyyəsi 500 milyon dollardır. PKK dünyanın digər yerlərində yaşayan kürdlərə hər il 20 milyon dollar yardım edir. 21 mart 2013-cü ildən başlayaraq Türkiyədə atəşkəs elan edib.


TIME TV sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

← Geri

Yanıtınız için teşekkür ederiz. ✨