Tramp deyir ki, Ukrayna müharibəsi bir neçə həftə ərzində bitə bilər. Əvvəlcə müharibəni bir günə bitirəcəyini deyən Donald Tramp indi Ukraynadakı müharibənin “həftələr ərzində” bitə biləcəyinə inanır.
O, bunu Ağ Evdə Fransa prezidenti Emmanuel Makronla görüşü zamanı deyib.
Tramp birgə mətbuat brifinqində söyləyib:
–Çətin müharibə oldu. Məncə, sona yaxınıq.
Qeyd edək ki, Makron Trampı Ukraynanı dəstəkləməyə davam etməyə inandırmaq üçün Vaşinqtona səfər edib və vurğulayıb ki, Ukrayna müharibə ilə bağlı ABŞ-Rusiya danışıqlarında “iştirak etməlidir”.
Avropa sülhməramlı qüvvələri
Makron həmçinin bildirib ki, Fransa atəşkəs dövründə Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır. Makronun sözlərinə görə, Avropa sülhməramlı qüvvələrinin yerləşdirilməsi Avropanın təhlükəsizlik zəmanətlərinin bir hissəsi ola bilər. O, əlavə edib ki, qoşunlar cəbhəyə göndərilməyəcək.
Tramp Avropa sülhməramlı qüvvələrini dəstəklədiyini bildirib və bu ideyanı Rusiya prezidenti Vladimir Putinlə müzakirə etdiyini bildirib. O, Ukraynada Avropa sülhməramlı qüvvələrini “qəbul etməyə” hazırdır, Tramp bildirib. Kreml ötən həftə belə bir planı qəbuledilməz adlandırıb. Sözçü o zaman NATO ölkələrindən orduların iştirak edəcəyini və bunun Rusiyanın təhlükəsizliyinə təsir edəcəyini bildirmişdi.
EDMON DANTES

