Onlar hər ikisi hakimiyyəti itirə bilərlər

Dünən Fransa Prezidenti Emmanuel Makron ABŞ Preizdenti Doland Trampın görüşündə belə bir fikir səsləndi ki, müharibə bir neçə həftəyə bitə bilər. Bəzi analitiklər də hesab edirlər ki, müharibə 2025-ci ilin sonuna qədər yekunlaşacaq. Xüsusilə Ukraynada müharibənin 2025-ci ildə bitəcəyinə ümidlər genişdir. Bəzi siyasətçilərin fikrincə, Zelenski ərazi güzəştləri ilə sülh sazişi imzalamağa məcbur olacaq və nəticədə müharibədən uduzan tərəf kimi çıxa bilər. Amma bu, Putinin də qalibiyyəti olmayacaq. Doğrudur, Putin müharibənin yüksək xərclərinə baxmayaraq, Rusiyada müəyyən iqtisadi və sosial sabitliyi qoruyub saxlaya bilib. Ancaq indi gərginlikdir. Sülh dövründə isə itkiləri hesablamaq vaxtı da gələcək.

Rusiya müharibədə nə qədər insan itirib?

Ukrayna hakimiyyətinin məlumatına görə, müharibədə 200 minə yaxın rus əsgəri həlak olub. Yaralıları da daxil etsək, Qərbin hesablamalarına görə, bu münaqişənin Rusiyaya təxminən 700 min qurbanına başa gəldiyini demək mümkündür. İsti izlər ötdükdən sonra Rusiya cəmiyyətinin bu yaralarını sağaltmaq Putin üçün çətin olacaq.

Vilson Mərkəzinin (Wilson Center) analitiki F. Joseph Dresen yazır ki, “Müharibə bitən gün Rusiyanın əsl problemləri başlayacaq və onlar onilliklər boyu davam edəcək”.

Müəllifin fikrincə, Rusiya daxili və xarici problemlərlə üzləşəcək:

-İqtisadiyyat tezliklə dünyanın qalan hissəsi ilə inteqrasiya etməyəcək. Əvəzində o, təzminat tələbləri və dünyanın demokratik dövlətlərinin böyük bir hissəsinin etibar və rəğbətinin olmaması ilə üzləşəcək.

Üstəlik müharibənin vətənpərvər arqumenti olmasa, Putinin hakimiyyət dairəsində narazılıqla və hətta etirazlarla üzləşməsi ehtimalı qalır.

Onu da nəzərə almaq lazımdır ki, hərbi sənaye dayanacaqsa və dövlətin iqtisadi dəstəyi ortadan qalxsa, Rusiya iqtisadiyyatının zərər görəcəyi ehtimalı var.

Ukrayna Prezidenti Zelenskiyə gəldikdə isə ruslara qarşı qəhrəman Ukrayna müqavimətinin (demək olar ki,) şəksiz lideri kimi ortaya çıxdı. Putin şübhəsiz ki, müharibənin əvvəlində keçmiş ukraynalı komediyaçının qaçacağına inanırdı, lakin bu baş vermədi. Bununla belə, müharibə Zelenskinin Ukrayna əhalisi arasında populyarlığına da öz təsirini göstərdi. Lakin indi o, populyarlığını itirir. 2024-cü ilin dekabrında analitik Ovet Mattevs (Owen Matthews) The Spectator-da “Zelenskinin artan populyarlığı” adlı məqalə yazırdı. Amma onunla yanaşı 2024-cü ildə “Le Monde” “Ukrayna müxalifəti Zelenski hökumətini getdikcə daha çox tənqid edir” yazaraq Ukrayna liderinin getdikcə populyarlığını itirəcəyinə işarə vururdu.

Zelenski ərazi itirilməsilə nətcilənən sülh və ya atəşkəs sazişinə imza atsa, ona qarşı sərt tənqidlər artacaq. Müharibədə gəncləri itirən, tez-tez zorla, bəzən hətta zorakılıqla işə götürülən bir çox ukraynalı ailələr düşünəcəklər ki, o qurban və ölüm illərinə dəyərmi? Bu da Zelenskinin hakimiyyəti və populyarlığını itirməsilə nəticələnə bilər.

Bəs onu kim əvəz edəcək?

Zelenskini Kiyev meri Vitali Kliçko əvəzləyə bilər. Onun indiki siyasi jestlərindən bu açıq hiss olunur. Kliçko gələcəyə hazırlaşır. O, Ukrayna prezidentini sərt tənqid etməkdən çəkinmir.

Kliçko Zelenskinin avtoritar meyllər nümayiş etdirdiyini və Ukraynanı müharibəyə hazırlamadığını deyir. “Kyiv Independent” qəzeti Kliçkodan sitat gətirib, Putinlə pis sülh razılaşmasının Zelenskinin siyasi sonunun olacağı barədə xəbərdarlıq edib. Müharibədən sonra Ukraynanı bərpa etmək kimi böyük problem yaranacaq. Çünki ABŞ və Avropa İttifaqı müharibənin bitməsilə prosesdən uzaqlaşıb onun özlərinə vurduğu ziyanın kompensasiyası ilə məşğul olacaqlar. Zelenski isə bəzən özünü Böyük Britaniyanı İkinci Dünya Müharibəsində qələbəyə aparan Uinston Çörçilllə müqayisə edir. Amma nədənsə o, sülh əldə edildikdən sonra Çörçill 1945-ci il seçkilərində Leyboristlər Partiyasına uduzduğunu unudur.

Redaksiya materialı


TIME TV sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

← Geri

Yanıtınız için teşekkür ederiz. ✨