80 saylı Lerik-Astara seçki dairəsindən bələdiyyə üzvlü seçilmiş Rüfət Əliyev bu gün dairədə keçirilən sədri seçkilərində 13 üzvün 7-sinin səsini almasına baxmayaraq, sədr seçilməyib.
Time TV-yə müsahibəsində baş verən hadisəni haqqının qəsb edilməsi kimi dəyərləndirən Əliyev imzalanmış iclas protokolunun saxtalaşdırıldığını və real seçki ilə əlaqəsi olmadığını deyib.
Onun sözlərinə görə, protokolları Astara rayon icra hakimiyyətinin başçısının Siyakü kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xəlil Zahirov və müavini Hökməli Əliyev saxtalaşdırılıblar. Onlar bildiriblər ki, icra hakimiyyətinin göstərişinə əsasən bələdiyyə sədri Ramin Dədəyev olmalıdır.
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri yanvarın 29-u baş tutub. Müşahidəçilər bildiriblər ku, seçkilər total saxtakarlıq şəraitində keçib.

