Time TV bildirir ki, Şimali Koreyadan sonra İran da Rusiyaya Ukraynaya qarşı döyüşmək üçün qüvvə göndərməyə qərar verib. Financial Times-ın məlumatına görə, İranın təlimatı ilə Husi döyüşçüləri, yəni, Yəmən əsgərləri Ukraynaya qarşı döyüşmək üçün savaş cəbhəsinə göndərilməkdədir.
Financial Times yazır ki, Rusiya qüvvələri yüzlərlə yəmənli döyüşçünü Ukraynada döyüşmək üçün cəlb edib. Yəmənli muzdlular Ukraynada Rusiya qüvvələri ilə birgə döyüşmək müqabilində onlara yüksək maaş və hətta Rusiya vətəndaşlığı vəd edildiyini iddia ediblər.
Husi üsyançıları ilə əlaqəsi olan bir şirkət döyüşçülərin Rusiyaya gəlişi ilə bağlı danışıqlar aparıb, sonra onlar zorla orduya çağırılıb və Ukraynada cəbhə xəttinə göndərilib. Qəzetin yazdığına görə, yəmənli muzdluların işə cəlb edilməsi Moskvanın İran və onun Yaxın Şərqdəki husilər kimi müttəfiqləri ilə getdikcə daha çox yaxınlaşdığını göstərir.


Bir Cevap Yazın