Ermənistan parlamentinin Avropaya inteqrasiya üzrə komissiyası yanvarın 24-də qərbyönmülü qüvvələrin təklif etdiyi “Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında” qanun layihəsini nəzərdən keçirəcək.

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkə parlamentindən bildirilib.

Layihə müvafiq komissiya tərəfindən təsdiqlənəcəyi halda qanunverici orqanın plenar iclasında müzakirəyə çıxarılacaq.

Xatırladaq ki, qanun layihəsi yanvarın 9-da hökumətin iclasında təsdiqlənib və parlamentə göndərilib. Bundan əvvəl bir sıra qeyri-parlament partiyaları prosesin başlanması üçün imza toplayıb. Təşəbbüskarlar 60 min imza toplamağa nail olublar.


TIME TV sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

← Geri

Mesajınız gönderildi

Uyarı
Uyarı
Uyarı
Uyarı!